Bakı. Trend:
"Barselona" İspaniya La Liqasının 32-ci turu çərçivəsində növbəti qələbəsini rəsmiləşdirib.
Trend xəbər verir ki, kataloniyalılar "Malyorka"nı minimal hesabla məğlub ediblər. Oyun boyunca meydan sahibləri üstün tərəf olsalar da, bir çox qol fürsətini boşa veriblər. Matçın yeganə qolunu 46-cı dəqiqədə Dani Olmo vurub.
Digər qarşılaşmada isə "Valensiya" səfərdə "Espanyol"la bərabərliyə razılaşıb – tərəflər hərəyə bir xalla kifayətləniblər.
21:00. "Valensiya" - "Espanyol" - 1:1
23:00. "Barselona" – "Malyorka" - 1:0