Bakı. Trend:
İngiltərə Premyer Liqasının 34-cü turu yüksək yerlər uğrunda mübarizə aparan komandaların qarşılaşması ilə start götürüb.
Trend xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Aston Villa"nı qəbul edib və dramatik görüşdən qalib ayrılıb.
Oyuna sürətli başlayan Xosep Qvardiolanın komandası artıq 7-ci dəqiqədə hesabı açıb. Lakin qonaqlar cəmi 11 dəqiqə sonra bərabərlik topunu vuraraq oyunu gərgin və maraqlı edib. Görüşün əsas hissəsi 1:1 hesabı ilə başa çatsa da, əlavə olunmuş dəqiqələrdə "şəhərlilər" qələbə topunu vurmağı bacarıblar.
Bu vacib qələbə sayəsində "Mançester Siti" turnir cədvəlində 3-cü pilləyə yüksəlib və çempionluq uğrunda mübarizədə əhəmiyyətli 3 xal qazanıb.
23:00. "Mançester Siti" - "Aston Villa" - 2:1
