Bakı. Trend:
Cari ilin yanvar-mart ayları ərzində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üzrə elektrik enerjisinin istehsalı 6 385 milyon kVt·st olub.
Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon kVt·st və ya 0,2% artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 6 371 milyon kVt·st olub.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 milyon kVt·st olub. Elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon kVt·st və ya 0,6% artıb. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 129,3 milyon kVt·st olub.
Cari ilin hesabat dövründə İES-lərdə 6 318,3 mln. kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 385,0 mln. kVt·st (İES-lərdə 5 739,9 mln. kVt·st, SES-lərdə 645,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt·st (İES-lərdə 55,7 mln. kVt·st, SES-lərdə 21,7 mln. kVt·st, GES-də 13,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt·st təşkil edib.