Bakı. Trend:
Azərbaycanın Qarabağ zəfəri Türk dünyası üçün qürurdur.
Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akar bu gün Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında deyib.
"Bu gün regionlarda gərginliklərin artdığı, iqtisadi problemlərin yarandığı dönəmə gəlmişik. Təhdidlər təkcə hərbi deyil, həm də iqtisadi və iqlim dəyişiklikləri problemləri də var. Türkiyə qlobal problemlərin həll olunmasında əsas rol oynamağa çalışır.
Milli təhlükəsizliyin qorunması isə güclü ordudan asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi uğur bunu bir daha təsdiq edir. Qarabağ zəfəri bütün dünya üçün örnək olub. Bu, Türk dünyası üçün qürurdur. Beynəlxalq təhdidlərə qarşı, iqtisadi problemlərə qarşı birgə çalışmalıyıq. Süni intellektin müdafiə sahəsindəki köməyindən istifadə etməliyik".