...

Bakıda marketlərdən 54 min manat dəyərində naqil oğurlayanlar tutuldu

Hadisə Materials 15 Aprel 2025 11:50 (UTC +04:00)
Bakıda marketlərdən 54 min manat dəyərində naqil oğurlayanlar tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis Binə qəsəbəsində marketlərdən 54 min dəyərində naqil oğurlayan şəxsləri saxlayıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində talama cinayəti qeydə alınıb. Qabaqcadan əlbir olan naməlum şəxslər gecə saatlarında iki marketin anbarının qapısını qıraraq içəri daxil olub və oradan 54 min manat dəyərində naqil oğurlayıblar.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov və 23 yaşlı İbrahim Nuriyev, 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti