Bakı. Trend:
Kapital bazarları qanunvericiliyin çox inkişaf etdiyi bir sahədir. Mərkəzi Bank bu istiqamətdə qanunvericiliyin fundamental olaraq dəyişdirilməsi ilə bağlı çox böyük layihə üzərində işləyirik.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Vüqar Əliyev bu gün maliyyə sabitliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Təkcə kapital bazarları sektoru deyil, digər sektorlar da buraya cəlb olunublar. 2025-ci ilin sonuna qədər kapital bazarları qanunvericilik paketi həm Nazirlər Kabinetinə, həm də Prezidentə təqdim olunacaqdır", - o vurğulayıb.