...

Çinin Azərbaycandakı yeni səfiri Lu Mey vəzifəsinin icrasına başlayıb

Siyasət Materials 15 Aprel 2025 14:10 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Lu Mey diplomatik fəaliyyətinə başlamaq üçün Bakıya gəlib.

Bu barədə Trend-ə Çinin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hava limanında Lu Meyi Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi və Çinin Bakıda yerləşən səfirliyinin diplomatları qarşılayıblar.

Səfir Lu Mey hava limanında verdiyi yazılı bəyanatda bildirib ki, Çin və Azərbaycan səmimi və etibarlı dostlar, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır. Dövlət başçılarının strateji rəhbərliyi altında ölkələr arasında əməkdaşlıq bütün sahələrdə davamlı olaraq dərinləşir.

“Mənim üçün bu mühüm məqamda Azərbaycana səfir təyin olunmaq böyük şərəfdir. İki ölkənin rəhbərləri arasında əldə olunmuş mühüm razılaşmalara əsaslanaraq, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri ilə birlikdə praqmatik əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlayışın gücləndirilməsi və Bakı ilə Pekin arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi istiqamətində çalışacağam”, – deyə səfir qeyd edib.

Azərbaycan tərəfinin nümayəndəsi isə səfir Lu Meyi salamlayaraq bildirib ki, ölkənin hökuməti, parlamenti və iqtidar partiyası Çinlə əməkdaşlığa xüsusi önəm verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti