...

ABŞ və Koreya birgə “müharibə oyunları” keçirir

Dünya xəbərləri Materials 15 Aprel 2025 13:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Koreya Respublikası və ABŞ hərbi hava qüvvələri Amerikanın strateji “B-1B” bombardmançılarının iştirakı ilə hərbi təlimlər keçirib.

Trend xəbər verir ki, bu haqda KBS telekanalı Cənubi-Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbi hava manevrləri Koreya yarımadasının hava məkanında keçirilib. Manevrlərə “B-1B” bombardmançısından savayı, “F-16” və “F-35A” reaktiv döyüş təyyarələri də cəlb edilib.

Telekanalın məlumatına əsasən, manevrlərdə məqsəd KXDR-in nüvə və ballistik raket proqramını inkişaf etdirməsi fonunda qabaqlayıcı vasitə kimi birgə potensialın nümayişi olub.

Bundan əvvəl ABŞ və Cənubi Koreya hərbi təyyarələrinin iştirakı ilə oxşar “müharibə oyunları” fevralın 20-də keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti