Bakı.Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in gəmi-bərələri ilə 2025-ci ilin ilk rübü ərzində 5882 sərnişin daşınıb.
Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.
Yanvar-mart ayları ərzində Ələt-Kurık, Kurık-Ələt limanları arasında ümumilikdə 4456 sərnişin daşınıb. Sərnişinlərin 2559-u Ələt-Kurık, 1897-si isə Kurık-Ələt istiqamətində səfər edib.
Eyni dövr ərzində Ələt-Türkmənbaşı, Türkmənbaşı-Ələt limanları arasında 1426 sərnişinin daşınması həyata keçirilib. Həmin sərnişinlərin 908-i Ələt-Türkmənbaşı, 518-i Türkmənbaşı-Ələt istiqamətində daşınıb.
Xatırladaq ki, karantin rejimi ilə əlaqədar hazırda bərə ilə ölkəni tərk etmək istəyən Azərbaycan vətəndaşları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Azərbaycana bərə ilə gəlmək istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar isə eyni icazəni almalıdırlar.