Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 5 447,9 milyon kubmetr qaz ötürülüb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 135 milyon kubmetr və ya 2,4% azalıb.
Belə ki, cari ilin yanvar-mart aylarında bu kəmər ilə 5 582,1 milyon kubmetr qaz ötürülüb.
Qeyd edək ki, hesabat dövründə magistral qaz kəmərləri ilə 11 133,6 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artım müşahidə olunub.
Qazın nəqlinin 50,1 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.