...

Azərbaycanda gümüş istehsalı 35%-dən çox artıb

İqtisadiyyat Materials 15 Aprel 2025 11:51 (UTC +04:00)
Azərbaycanda gümüş istehsalı 35%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 1 135,9 kiloqram gümüş istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 296 kiloqram və ya 35,3% artıb.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda 839,8 kiloqram gümüş istehsal edilib.

Qeyd edək ki, cari ilin aprel ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 685,9 kiloqram olub.

Xatırladaq ki, ötən il Azərbaycanda 3 min 184 ton miqdarında gümüş istehsal edilib. Bu, illik müqayisədə 521 kiloqram, yaxud da 14% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan gümüşün miqdarı 3 min 705 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti