...

Pakistanda partlayış nəticəsində 3 polis işçisi ölüb, 19-u yaralanıb

Dünya xəbərləri Materials 15 Aprel 2025 14:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bombanın partlaması nəticəsində 3 polis işçisi ölüb, 19 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.

Bildirilir ki, hadisə Mastunq rayonunda baş verib. Naməlum şəxslər uzaqdan idarə olunan bombanı motosikletə quraşdıraraq, polis maşını keçərkən partladıblar. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti