...

BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsi vacib addımdır - Merve Safa Kavakçı

Cəmiyyət Materials 15 Aprel 2025 12:26 (UTC +04:00)
BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsi vacib addımdır - Merve Safa Kavakçı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının Bakıda keçirilməsi, olduqca vacib addımdır.

Trend xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, audiovizual mediada uşaqların qorunması mövzusu çox əhəmiyyətlidir.

“Biz bu gün uşaqların mediada hüquqlarının və dünya mediasında, sosial mediada uşaqların qorunması üçün görülməli tədbirləri müzakirə edirik.

Fikrimcə, dövlət səviyyəsində institusional şəkildə uşaqların hüquqlarının qorunması istiqamətində atılacaq addımlar zəncir halında həyata keçirilməlidir. Bu zəncir parlamentlərimizdə qəbul ediləcək qanunlardan başlayaraq ailələrə, valideynlərə qədər enən mexanizmləri əhatə etməlidir. Bu məsələlər üzrə bütün ölkələr öz fikirlərini və təcrübələrini bölüşürlər”, - deyə Merve Safa Kavakçı bildirib.

Xəbər lenti

Xəbər lenti