...

BRAF-ın 12-ci toplantısı Albaniyada keçiriləcək

Cəmiyyət Materials 15 Aprel 2025 13:23 (UTC +04:00)
BRAF-ın 12-ci toplantısı Albaniyada keçiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 12-ci Toplantısı Albaniyada keçiriləcək.

Trend-in xəbərinə görə, bu barədə bu gün Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında məlumat veriblər.

Qeyd edək ki, Bakıda Azərbaycan Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) XI Toplantısı baş tutub.

BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Toplantıda Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələr həmçinin, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxsləri və media təmsilçiləri bir araya gəlib.

Xəbər lenti

Xəbər lenti