Bakı. Trend:
Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhəri və respublikanın regionlarında 2024-2025-ci illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatırdı.
Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən, mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub.