...

Azərbaycanda minik və yük avtomobili istehsalı üzrə göstəricilər açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2025 17:26 (UTC +04:00)
Azərbaycanda minik və yük avtomobili istehsalı üzrə göstəricilər açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1302 ədəd minik avtomobili, 28 ədəd isə yük avtomobili istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 695 ədəd və ya 2,1 dəfə artıb, yük avtomobili istehsalı isə 172 ədəd və ya 86% azalıb.

Cari ilin aprelin 1-i vəziyyətinə ölkədə minik avtomobilləri üzrə hazır məhsul ehtiyatı 134 ədəd, yük avtomobilləri üzrə isə 15 ədəd təşkil edib.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-mart aylarında 144,1 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1% artıb.

Yanvar-mart aylarında 124 ədəd traktor istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti