...

"Barselona" və PSJ yarımfinala yüksəlib - Çempionlar Liqası

İdman Materials 16 Aprel 2025 01:24 (UTC +04:00)
"Barselona" və PSJ yarımfinala yüksəlib - Çempionlar Liqası

Bakı. Trend:

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunub.

İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya Dortmund”un, Fransanın PSJ klubu isə İngiltərədə “Aston Villa”nın qonağı olub. "Barselona" və PSJ cavab görüşlərində məğlub olsalar da, ilk oyundakı nəticələrə əsasən, yarımfinala yüksəlib.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00. “Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya) - 3:1

İlk oyun - 0:4.

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa) - 3:2

İlk oyun - 1:3.

Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 16-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti