...

Dünyada elektrikli və hibrid avtomobillərə tələbat artıb

Dünya xəbərləri Materials 16 Aprel 2025 05:09 (UTC +04:00)
Dünyada elektrikli və hibrid avtomobillərə tələbat artıb

Bakı. Trend:

"Rho Motion" şirkətinin analitikləri elektrikli nəqliyyat vasitələrinin satışlarının davamlı artım tendensiyası göstərdiyini bildiriblər.

Trend xəbər verir ki, analitiklərin hesablamalarına görə, mart ayında dünyada elektrikli və hibrid avtomobillərin satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29%, fevral ayı ilə müqayisədə isə 40% artıb.

Yazın ilk ayında qlobal miqyasda 1.7 milyon elektrikli və hibrid avtomobil satılıb. Birinci rüb üzrə satışlar isə 4 milyonu ötüb.

Bu seqmentdə liderlik Çinə məxsusdur. Burada 2.4 milyon avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 36% artım deməkdir. Avropa bazarında satışlar 900 minə çatıb (+22%), ABŞ-də isə bu rəqəm 500 min olub (+16% artım).

Xəbər lenti

Xəbər lenti