Bakı. Trend:
“Yelo Bank” ASC maraqlanan təşkilatları texniki tenderdə
iştiraka dəvət edir. Qeyd edək ki, texniki tenderdə yalnız nümunə
tələb olunur və qiymət təqdim edilmir. Sifarişçinin tələblərinə
cavab verən nümunələr seçilmiş hesab ediləcək. Seçilmiş nümunələri
hazırlayan tender iştirakçısı maliyyə tenderində iştirak etmək
hüququ əldə edir.
İştirakçılar aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə
imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı
olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı
olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu
olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə
dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya
müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və
ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya
fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə
linkdəki fayllara keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/4ilXGi6
Bank xidmətləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!