...

“Azəri-Mərkəzi-Şərqi” platformasından bu günədək neft hasilatının həcmi açıqlanıb

Energetika Materials 16 Aprel 2025 12:01 (UTC +04:00)
“Azəri-Mərkəzi-Şərqi” platformasından bu günədək neft hasilatının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azəri-Çıraq-Günəşli" yatağında quraşdırılmış yeddinci platforma olan “Azəri-Mərkəzi-Şərqi” platformasından (ACE) bu günədək təqribən 852 min ton neft hasil edilib.

Bu barədə Trend Energetika Nazirliynə istinadən xəbər verir.

Qeyd olunub ki, ACE texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalardan biridir.

Bildirilib ki, onun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verir. Bu da əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir.

Xatırladaq ki, “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından ilk neft hasilatına başlanılmasından 1 il ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti