Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 337 min ton avtomobil benzini istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,1 min ton və ya 12,3% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 384,1 min ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 57,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,257 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.