...

Azərbaycanda təbii qaz hasilatının həcmi məlum olub

Energetika Materials 16 Aprel 2025 11:20 (UTC +04:00)
Azərbaycanda təbii qaz hasilatının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 12,5 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 114,5 milyon kubmetr və ya 0,9% azdır.

Belə ki, 2024-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, respublikada 12,6 milyard kubmetr təbii qaz hasil edilib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 6,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,8 milyard kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti