...

FHN-ədən hava bağlı əhaliyə daha bir ÇAĞIRIŞ

Cəmiyyət Materials 16 Aprel 2025 13:26 (UTC +04:00)
FHN-ədən hava bağlı əhaliyə daha bir ÇAĞIRIŞ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Trend-in xəbərinə görə, nazirlikdən bildirilib ki, ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür.

"Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə operativ tədbirlər görür, əhalinin həyat və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan və aprelin 17-nə qədər davam etməsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına və aidiyyəti qurumların xəbərdarlıqlarına ciddi əməl etməyə, o cümlədən zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır", - FHN-dən qeyd edilib.

Xəbər lenti

Xəbər lenti