Ağdam. Trend:
Ağdamda iki minik avtomobili toqquşub.
Trend-in yerli müxbirinin məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Xındırıstan kəndi ərazisində baş verib.
Rayon sakini Yaşar Abbasovun idarə etdiyi "VOLQA" Qaz 3110 markalı, 09 BK 067 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gələn, rayonun Eyvazlı kənd sakini Sərdar Tapdıqova məxsus "VAZ"2107 markalı, 02 BZ 207 dövlət qeydiyyat nişanlı avtomobili vurub.
Nəticədə "VAZ"-ın sürücüsü S.Tapdıqov müxtəlif dərəcəli bədən xəsarəti alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.