...

Azərbaycan millisi Gürcüstana qalib gəlib

İdman Materials 16 Aprel 2025 14:36 (UTC +04:00)
Azərbaycan millisi Gürcüstana qalib gəlib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Trend xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdiyi yığma Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, Azərbaycan seçməsi turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti