...

Azərbaycan ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyacağına ümid edir - Deputat

Siyasət Materials 16 Aprel 2025 14:55 (UTC +04:00)
Azərbaycan ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyacağına ümid edir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ ilə səmərələi əməkdaşlıq qurulmuş və bu əməkdaşlıq bir çox sahələrdə uğurla inkişaf etdirilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçildiyi gündən ABŞ ilə diplomatik münasibətlərin genişləndirilməsinə böyük önəm verib:

“İki ölkə arasında qarşılıqlı əlaqələr hər iki tərəfin maraqlarına uyğun olaraq inkişaf edirdi. Xüsusilə Azərbaycanla ABŞ arasında energetika sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edirdi. ABŞ və Azərbaycan arasında əməkdaşlıq bu illər ərzində dinamik və çoxşaxəli inkişaf mərhələlərindən keçib. Prezidentimiz İlham Əliyevin dövlət başçısı seçildiyi vaxtdan iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə - siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə daha da genişləndi və inkişaf etdi.

ABŞ-nin hazırki prezidenti Donald Trampın birinci prezidentliyi dövründə (2017–2021) Vaşinqton-Bakı arasında praqmatik və qarşılıqlı faydaya əsaslanan münasibətlər müşahidə olunurdu. Tramp administrasiyası enerji təhlükəsizliyi, terrorla mübarizə və iqtisadi əməkdaşlıq kimi məsələlərdə Azərbaycanla əməkdaşlığı önə çəkirdi. Hətta 2018-ci ildə Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması və enerji layihələrinin inkişafı ilə bağlı irəliləyişlərə ABŞ-ın dəstəyi qeyd olunmalı nüanslardandır.

Lakin Co Baydenın hakimiyyətə gəlməsi bu münasibətləri böhrana sürüklədi. Belə ki, Bayden-Blinken cütlüyünün qərəzli yanaşması və Cənubi Qafqazda baş verən proseslərə ikili standartlardan irəli gələn münasibə sərgiləməsi iki ölkə arasında münasibətlərin inkişafına ciddi təsir etdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər.

Xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlara Bayden-Blinken administrasiyasının qərəzli yanaşması Bakı-Vaşinqton əlaqələrində gərginliyin daha da artmasına səbəb oldu.

Blinkenin Ermənistanın suverenliyi və sərhəd təhlükəsizliyi ilə bağlı ardıcıl açıqlamaları, eyni zamanda Azərbaycana qarşı tətbiq edilən bəzi məhdudiyyətlər (məsələn, 907-ci düzəlişin tam aradan qaldırılmaması) Vaşinqtonun Cənubi Qafqaz siyasətində balansı pozduğunu göstərdi. Üstəlik, ABŞ Konqresində Azərbaycana qarşı əsassız tənqidlər, müəyyən siyasi qrupların anti-Azərbaycan ritorikası da münasibətlərə mənfi təsir göstərdi”.

Deputat vurğulayıb ki, Azərbaycan Tramp administrasiyası dövründə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti