...

Qeyri-sabit hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir

Cəmiyyət Materials 16 Aprel 2025 13:10 (UTC +04:00)
Qeyri-sabit hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətini ştat rejimdə davam etdirir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır.

Hazırda hava limanı ərazisində şimal və şimal-qərb istiqamətində küləyin sürəti 40–50 knot sürətinə qədər güclənmişdir (20–25 m/s). Bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Aviaşirkətlər və meteoroloji qurumlarla fasiləsiz koordinasiya təmin olunur, hava şəraitindəki dəyişikliklərə operativ reaksiya verilir.

Sərnişinlərə tövsiyə olunur:

  • Hava limanına səfəri əvvəlcədən planlaşdırmaq və yolda mümkün ləngimələri nəzərə almaq;
  • Nəqliyyatın daha rahat təşkili üçün “28 May” metro stansiyasından Aeroporta hərəkət edən “Aeroexpress” avtobuslarından istifadə etmək;
  • Hər hansı sual və ya ehtiyac yaranarsa, hava limanının və ya aviaşirkətlərin əməkdaşlarına müraciət etmək.

"Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə rahat və təhlükəsiz səyahət arzulayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti