Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9,2 min ton sürtkü yağları istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 min ton və ya 36,6% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 14,5 min ton sürtkü yağları istehsal olunmuşdu.
Bu ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 5,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,257 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.