Bakı. Trend:
ABŞ-nin Suriyadakı silahlı qüvvələrinin komandanlığı Deyr-əz-Zorda yerləşən hərbi bazaya dislokasiya olunmuş xüsusi bölmələrini bölgədən çıxarır.
Trend xəbər verir ki, bu haqda “Sky News Arabia” məlumat yayıb.
Məlumata əsasən, Deyr-əz-Zordan çıxaırlan hərbçilər və texnikadan ibarət karvan artıq ABŞ-nin İraqın Kürdüstan bölgəsində yerləşən iri bazasına yola düşüb.
Deyr-əz-Zordakı bazanın boşaldılmasının səbəbləri barədə məlumat verilmir.