Bakı. Trend:
Hava şəraiti ilə bağlı ali təhsil müəssisələrində dərslərin təxirə salınması ilə bağlı məlumat yoxdur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
"Hələlik belə məlumatla rastlaşmamışıq", - deyə Agentlikdən bildirilib.
Qeyd edək ki, gecədən başlayan yağış ölkə ərazisində subasmalara səbəb olub. Yollarda məhdudiyyətlər tətbiq edilib.