...

Qudyalçay çayı üzərində yerləşən piyada keçid körpüsü əsaslı təmir olunacaq

Cəmiyyət Materials 16 Aprel 2025 11:24 (UTC +04:00)
Qudyalçay çayı üzərində yerləşən piyada keçid körpüsü əsaslı təmir olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda Qudyalçay çayı üzərində yerləşən piyada keçid körpüsündə bərpa gücləndirmə işləri həyata keçiriləcək.

Trend-in əldə etdiyi məlumata görə, eyni zamanda körpüdə əsaslı təmir işləri də aparılacaq.

Belə ki, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətində müvafiq işlərə yekun vurulub.

Qurum sözügedən işlərin icrasını "Construction and Project" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 73 466 manat ödənilib.

Qeyd edək ki, təmir işlərini aparacaq MMC 2019-cu ildə dövlət qedyiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Əsgərzadə Əsgər Məmməd oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti