Bakı. Trend:
“Aprelin 15-dən 16-na keçən gecədən başlayaraq Bakı şəhərində və Abşeron yarımadasında müşahidə edilən leysan xarakterli yağışın günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir, şimşək çaxacağı ehtimalı var”.
Trend xəbər verir ki, bunu Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
G.Abbbasova bildirib ki, gözlənilən intensiv və güclü yağışla əlaqədar olaraq Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.
“Aprelin 17-si isə səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir.
Bölgələrdə də yağıntıların intensivləşəcəyi, aramsız olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacaq. Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhər saatlarına kimi davam edəcək.
Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarında sel və daşqın keçəcəyi gözlənilir”, - deyə rəis müavini vurğulayıb.