Bakı. Trend:
İran ehtimal olunan bir anlaşma çərçivəsində müzakirənin başlanacağına ümid edir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun üçün qarşı tərəfin konstruktiv mövqe də nümayiş etdirməsi lazımdır.
Araqçi bildirib ki, bəzi hallarda ABŞ rəsmiləri tərəfindən ziddiyyətli mövqelər sərgilənir. Bu isə müzakirələrin münasib prosesinə əsla kömək etməyəcək.
İran xarici işlər naziri deyib ki, bununla belə, İran müzakirələrdə ABŞ tərəfinin real fikirlərini öyrənmək istəyir.
Qeyd edək ki, aprelin 12-də Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.