...

AAYDA azad olunmuş ərazilərdə görülən və planlaşdırılan işləri açıqladı

İqtisadiyyat Materials 16 Aprel 2025 16:54 (UTC +04:00)
AAYDA azad olunmuş ərazilərdə görülən və planlaşdırılan işləri açıqladı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

AAYDA tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlara uyğun olaraq ümumi uzunluğu 3382,6 km təşkil edən 44 adda avtomobil yolunun tikintisi və bir adda hava limanın tikintisi layihələri icra edilir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni qurğuların istismarı və təmiri şöbəsinin rəisi Asim Məmmədli bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.

Şöbə rəisinin sözlərinə görə, o cümlədən, bu yolların 1076,1 km respublika əhəmiyyətli, 2306,5 km-i isə yerli əhəmiyyətli avtomobil yollarıdır: "Yerli əhəmiyyətli avtomobil yollarının 1247,6 km təşkil edən hissəsi hərbi əhəmiyyətli dayaq nöqtələrinə aparan torpaq və çınqıl örtüklü təlimat və təxliyyə avtomobil yollarıdır".

"Agentlik tərəfindən ümumi uzunluğu 327,7 km təşkil edən avtomobil yolunun tikintisi artıq başa çatmışdır. Həmin bu avtomobil yollarının üzərində ümumi uzunluğu 69,1 km olan 45 tunelin tikintisi işləri aparılır. Həmin avtomobil tunellərindən 28 ədədində artıq qazma və partlatma işləri yekunlaşdırlmışdır. Bu yollar üzərində ümumi uzunluğu 9581,6 olan 447 körpünün tikintisi işlərinin aparılması nəzərdə tutulmuşdur ki, artıq 392 körpünün tikintisi işləri başa çatmışdır. Bunlarla yanaşı, artıq 9 viyadükdə də tikinti işləri yekunlaşmışdır ki, ümumilikdə 16 ədəd viyadükün tikilməsi bu layihələr üzrə nəzərdə tutulub", - AAYDA rəsmisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti