Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 97,7 min ton metanol (metil spirti) istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, metanol istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 min ton və ya 32,2% azalıb
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda 144,2 min ton methanol istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 554,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 43,3%, kimya sənayesi məhsullarının istehsalı 1,9% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 1,8% azalıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 38,1%, polietilen istehsalı 0,5% artıb, etilen istehsalı 2,3%, propen (propilen) istehsalı 10,4%, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3%, polietilendən kisə və çantalar istehsalı isə 38,6% azalıb.