...

Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb (FOTO)

Hadisə Materials 16 Aprel 2025 17:29 (UTC +04:00)
Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb.

"Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür"- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti