...

AAYDA bu il ölkə üzrə 9 layihənin yekunlaşdırılacağını planlaşdırır

İqtisadiyyat Materials 16 Aprel 2025 17:09 (UTC +04:00)
AAYDA bu il ölkə üzrə 9 layihənin yekunlaşdırılacağını planlaşdırır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə AAYDA tərəfindən bir sıra layihələrin icrası nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni qurğuların istismarı və təmiri şöbəsinin rəisi Asim Məmmədli bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda məlumat verib.

O, görüləcək işlərlə bağlı bunları qeyd edib: "Ağ Şəhər layihəsinin ikinci mərhələsində avtomobil yollarının və 8 Noyabr prospektində piyada körpüsünün tikintisi, Gədəbəy rayonunda 45,5 km uzunluğa malik avtomobil yollarının, Yevlax rayonunda 3,5 km, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun layihələndirilməsi, tikintisi və tikintisi prosesi ilə əlaqədar olaraq torpaqların dövlət ehtiyacları üçün alınması, həmçinin kommunikasiya xətlərinin köçürülməsi, Tovuz rayonunda Zəyəmçay üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş sökülərək yeni körpünün tikilməsi, İsmayıllı rayonunun Qalacıq kəndini iki hissəyə ayıran Səngər çayı üzərində körpünün tikintisi, Daşkəsən rayonunda ümumi uzunluğu 10,7 km olan üç layihənin icrası, Göygöl rayonunda 2 km uzunluğunda avtomobil yolunun təmiri, Gəncə şəhərində isə 42,3 km avtomobil yolu şəbəkəsinin yenidən qurulması işləri nəzərdə tutulmuşdur".

"Bu layihələr üzrə 9 layihənin cari ildə yekunlaşdırılması planlaşdırılır", - deyə AAYDA rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti