Bakı. Trend:
Bu ilin mart ayında Türkiyədə Azərbaycan vətəndaşlarına 66 mənzil satılıb.
Trend bu barədə Türkiyə Statistika Təşkilatından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 mənzil və ya 15,8% çoxdur. Belə ki, 2024-cü ilin martında Azərbaycan vətəndaşları Türkiyədə 57 mənzil alıb.
Cari ilin mart ayında Türkiyədə xarici vətəndaşlara satılan mənzillərin sayı 1 574 olub ki, bu da, illik müqayisədə 204 mənzil, yaxud da 11,5% azdır. Ötən ilin martında xarici vətəndaşlar Türkiyədən 1 778 mənzil alıblar.
Martda Azərbaycan vətəndaşları Türkiyədən mənzil alışında 6-cı yerdə qərarlaşıb.