...

Maskın qurumu yarım milyona yaxın kredit kartını bloklayıb

Dünya xəbərləri Materials 16 Aprel 2025 15:00 (UTC +04:00)
Maskın qurumu yarım milyona yaxın kredit kartını bloklayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumət Səmərəliliyi İdarəsi (DOGE) aparılmış auditdən sonra ABŞ dövlət strukturlarının adına rəsmiləşdirilmiş 470 min kredit kartını bloklayıb.

Trend xəbər verir ki, bu barədə DOGE-nin rəsmi “X” səhifəsində məlumat paylaşılıb.

“İstifadə olunmayan və lazımsız kredit kartlarının audit proqramı 30 [dövlət] agentliyini əhatə edəcək şəkildə genişləndirilib. Yeddi həftə ərzində təxminən 470 min kart deaktiv edilib", – deyə paylaşımda qeyd olunur.

Həmçinin, bildirilir ki, audit başlayarkən dövriyyədə ümumilikdə 4,6 milyon aktiv kart mövcud olub.

İlon Mask DOGE tərəfindən paylaşılan məlumatı şərh edərək bildirib ki, dövlət agentlikləri tərəfindən əməkdaşların xidməti xərclərini qarşılamaq üçün verilən kredit kartlarının sayı “dövlət qulluqçularının ümumi sayını iki dəfə üstələyir”. Onun sözlərinə görə, bu göstərici sadəcə – “dəli-divanəlikdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti