...

İstanbulda UEFA-nın nümayəndəliyi açılacaq

İdman Materials 16 Aprel 2025 14:05 (UTC +04:00)
İstanbulda UEFA-nın nümayəndəliyi açılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində UEFA-nın nümayəndəliyi açılacaq.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılış mərasimi aprelin 24-də keçiriləcək.

Tədbirə qitə futbol qurumuna üzv olan ölkələrin milli assosiasiyalarının rəhbərləri də dəvət olunub.

Nümayəndəlik Türkiyə Futbol Federasiyası (TFF) ilə UEFA arasında koordinasiyanı sürətləndirməyi hədəfləyir. İstanbul London və Brüsseldən sonra UEFA nümayəndəliyinin fəaliyyət göstərdiyi növbəti şəhər olacaq.

Qeyd edək ki, İstanbul 2026-cı ildə UEFA Avropa Liqasının, 2027-ci ildə UEFA Konfrans Liqasının finalına ev sahibliyi edəcək. Bundan başqa, Türkiyə İtaliya ilə birgə 2032-ci il Avropa çempionatını təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti