Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 111,1 milyon manat təşkil edib.
Bu barədə Trend Muxtar Respublikanın Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Eyni zamanda, sözügedən dövr ərzində muxtar respublikanın büdcə xərclərində də artım qeydə alınıb. Belə ki, bu ilin ilk üç ayında muxtar respublikanın büdcəsinin xərcləri 93,7 milyon manat təşkil edib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% artım deməkdir.