...

Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb

Energetika Materials 16 Aprel 2025 10:46 (UTC +04:00)
Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 6,9 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, xam neft istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 397,5 min ton və ya 5,5% azalıb.

Belə ki, ötən ilin ilk üç ayında Azərbaycanda 7,3 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilmişdi.

Cari ilin aprel ayının birinə ölkədə hazır xam neft ehtiyatının miqdarı 225,2 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 6,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,8 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti