...

“ChatGPT”nin baniləri yeni sosial şəbəkə yaradacaq

Dünya xəbərləri Materials 16 Aprel 2025 12:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“ChatGPT” süni-intellekt çat-botunu yaratmış “OpenAI” şirkəti “Twitter” tərzində yeni sosial şəbəkənin yaradılması üzərində iş aparır.

Trend xəbər bu barədə “The Verge” nəşri öz mənbələrinə istinadən yazır.

Layihə hələlik erkən tərtibat mərhələsində olsa da, artıq daxili prototipin hazır olduğu məqalədə qeyd olunur.

Artıq “OpenAI” baş direktoru Sem Altman da üçüncü şəxslərin layihə ilə bağlı rəylərini bölüşmələrini xahiş edib.

Hələlik yeni sosial şəbəkənin necə adlanacağı və onun ayrıca bir tətbiq şəklində olacağı, yoxsa “ChatGPT”yə inteqrasiya olunacağı aydın deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti