...

Naxçıvanda nəqliyyat sektorunda yük və sərnişin daşınması artıb

İqtisadiyyat Materials 16 Aprel 2025 12:59 (UTC +04:00)
Naxçıvanda nəqliyyat sektorunda yük və sərnişin daşınması artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 1,6 milyon ton yük daşınıb.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 1,1% çoxdur.

Eyni zamanda, hesabat dövründə muxtar respublikanın nəqliyyat sektorunda 11,2 milyon sərnişin daşınıb.

Bu isə 2024-cü ilin ilk üç ayındakı göstəriciyə nisbətən 1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti