Bakı. Trend:
2025-ci ilin ilk üç ayı ərzində zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 297 nəfər qəbul edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Bildirilib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardımlar göstərilib.
"Həkimlərin səylərinə baxmayaraq onlardan 13 nəfərin (11 kişi cinsli, 2 qadın cinsli) həyatını xilas etmək mümkün olmayıb", - deyə əlavə edilib.
Qeyd edək ki, 2024-cü il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1835 nəfər qəbul qəbul edilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 59-nun həyatını xilas etmək mümkün olmayıb.