...

BAKININ BOLŞEVİK-DAŞNAK ORDULARINDAN AZAD EDİLMƏSİNİN 87-Cİ İLDÖNÜMÜ QEYD EDİLƏCƏK

Hadisə Materials 13 Sentyabr 2005 17:40 (UTC +04:00)

Bakının bolşevik-daşnak ordularından azad edilməsinin 87-ci ildönümü ilə bağlı sentyabrın 14-15-də Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bir sıra tədbirlər keçiriləcək.Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfiriliyinin mətbuat xidmətində bildirilib.

Tədbirlərə sentyabrın 14-də KİV nümayəndələrinin Şamaxı şəhərinə səfəri ilə başlanılacaq.Burada 1918-ci ildə Türk-Azərbaycan orduları bolşeviklərin və erməni daşnaklarının dəstələrini darmadağın etmişdi.Səfər "İstefada olan hərbçilərin gəncliyin maarifləndirilməsi üzrə ictimai birliyi" - qeyri hökumət təşkilatı tərəfindən təşkil edilib.

1918-ci il Bakının azad edilməsinin ildönümü münasibətilə sentyabrın 15-də Azərbaycanın paytaxtında, Şəhidlər xiyabanında həlak olanların xatirəsinə mərasim keçiriləcək.Həmin gün Atatürk adına Mədəniyyət mərkəzində konfrans da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti