...

Türkiyənin Bakıdakı səfirliyi ermənilərin 1915-ci il soyqırımı ilə bağlı insident qeydə almayıb

Hadisə Materials 25 Aprel 2006 14:50 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyi Osmanlı İmperiyasında ermənilərin "soyqırımı" ilə bağlı hər hansı insident qeydə almayıb. Bu barədə Trend ə səfirliyin mətbuat katibi Bülənt Uğur bildirib.

"Ermənilərin "soyqırım"ının ildönümü ilə əlaqədar Türkiyənin xarici işlər naziri bütün diplomatik nümayəndələrə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı göstərişlər verib. Gözlənildiyi kimi, hər hansı insident qeydə alınmayıb", - deyə B.Uğur qeyd edib.

Onun sözlərinə görə, "Türkiyənin Bakıdakı səfirliyinə yandırıcı maddələrin atılması mümkünlüyü ilə bağlı məlumat Ankaradan gəlib.

"Belə məlumatlara reaksiya vermək işə mühafizəkarcasına yanaşmanın bir hissəsidir. Ancaq heç bir insident qeydə alınmayıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı da aprelin 24-də "Asiya" universitetində çıxışında "səfirliklə bağlı telefon təhdidi" barədə məlumatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti