...

Erməni terrorçuları tərəfindən Bakı metrosunda törədilən terakt "Washington ProFile" agentliyinin siyahısına salınıb

Hadisə Materials 18 Yanvar 2007 16:44 (UTC +04:00)

Trend xəbər verir ki, erməni terrorçuları tərəfindən Bakı metrosunda törədilən terakt "Washington ProFile" agentliyinin siyahısına salınıb.

Keçmiş SSRİ üzrə arayışda göstərilir ki, 1977-ci ildə Moskvada bomba partlayışı ilə əlaqədar ilk fakt qeydə alınıb.

Sənddə deyilir: "Daşnaksütyun" partiyasının erməni millətçiləri "Bauman" metro stansiyasında bomba qoymaqla partlayış törədiblər. 6 nəfər həlak olub. Bundan sonra terrorçular Bakı metro stansiyasında (Azərbaycan), Parisdə (Fransa) və Nyu-Yorkda (ABŞ) teraktlar törədiblər".

"Washington ProFile" (ABŞ) beynəlxalq informasiya-analitik agentliyidir. Bu agentlik Dünya Təhlükəsizlik İnstitutunun (World Security Institute) beynəlxalq kütləvi informasiya vasitələri şöbəsinin (International Media Division) tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti