...

Leyla Şıxlinskayanın evindən zinət əşyaları oğurlanıb

Hadisə Materials 1 Fevral 2007 18:08 (UTC +04:00)

Dünən Bakıda aktrisa Leyla Şıxlinskayanın evində baş vermin oğurluq nəticəsində oğru sındırdığı seyfdən zinət əşyalarını aparıb. Bu barədə Trend ə Səbail rayon Prokurorluğundan məlumat verilib.

Hüquq mühafizə orqanlarının məlumatlarına görə, dünən təxminən günortadan sonra Rəsul Rza 7 ünvanında yerləşən evə naməlum şəxs daxil olub. Açardan istifadə edən oğru qapının kilidini açıb. Evdə cinayətkar gürzün köməyi ilə seyfi sındırıb və onun içindəkiləri aparıb.

Lakin seyfdə olanlar barədə hələ dəqiq məlumat yoxdur. Polislərin dediyi kimi, L.Şıxlinskayanın evində 6 nəfər çalışır və onların hər birində evin açarları var. Hazırda zərərçəkən Moskvadadır, oğurluq faktı barədə o, öz işçilərindən öyrənib.

Xəbər lenti

Xəbər lenti