...

Otən gün ərzində Kur çayının səviyyəsi yenidən artıb

Hadisə Materials 23 May 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend , müxbir E.Məmmədov/ Salyanda Kür çayında daşqınlar səngiməyə doğru getsə də, 500-dək həyətı basmış qrunt sularının səviyyəsi artmaqda davam edir. Fövqəladə Hallar Nazirliyinin suvuran texnikası qrunt sularını bütün gün ərzində həyətlərdən Kürə axıtsa da, müəyyən müddətdən sonra su əvvəlvi səviyyəyə qalxır. Rayonun Qarabağlı kəndində qoruyucu bəndin uçması nəticəsində yaranmış təhlükəli vəziyyətin qarşısının alnıması üçün bərpa işləri aparılır.

Ötən sutka ərzində çayda suyun səviyyəsi daha 12 santimetr artıb. Hazırda Kürdən bir saniyədə 1740 kubmetr su keçir.

Xəbər lenti

Xəbər lenti